Valyuta məzənnəsi
Xəbər lentİ

Cəbhəboyu zonada raket və artilleriya bölmələrinin döyüşə hazırlığı yoxlanılıb

12:09, 29.11.17
azerbaycan, bolge
Cəbhəboyu zonada raket və artilleriya bölmələrinin döyüşə hazırlığı yoxlanılıb

Cəbhəboyu zonadakı raket və artilleriya bölmələrinin döyüşə hazırlıq səviyyəsi yoxlanılıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin göstərişinə əsasən Müdafiə naziri, general-polkovnik Zakir Həsənov və nazirliyin rəhbər heyəti cəbhəboyu zonada yerləşən raket və artilleriya bölmələrinin döyüşə hazırlıq səviyyəsini yoxlayıb.

Müxtəlif hərbi hissələrin saxlanclarında qorunan artilleriya sistemləri, eləcə də eşelonlaşdırılmış ehtiyat sursat, mərmilər və digər texniki vasitələrə baxış keçirilib.

Müdafiə naziri raket və artilleriya qoşunlarının döyüşə hazırlıq səviyyəsinin artırılması və döyüş vasitələrinin effektiv istifadəsi ilə bağlı komandanlıq qarşısında müvafiq tapşırıqlar qoyub.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla