Valyuta məzənnəsi
Xəbər lentİ

Könül Kərimovanın qızının toyunda nələr oldu?

12:13, 28.11.17
azerbaycan, maqazin
Könül Kərimovanın qızının toyunda nələr oldu?

Xəbər verdiyimiz kimi, müğənni Könül Kərimovanın qızı Ləmanın ötən gün toyu olub.

Xeberpress.az-ın Axşam.az-a istinadən məlumatına görə, şəhər restoranlarından birində baş tutan gecəyə sənət adamları da qatılıblar. Gecədə bir çox maraqlı anlar yaşanıb. K.Kərimova oğlu Rəşadla birlikdə qızına sürpriz edib. Onlar Ləman üçün duet oxuyublar.

Gecənin qonaqları arasında uzun müddətdir səhhətində problem olan xalq artisti Könül Xasıyeva da yer alıb. Xasıyeva xalq artisti Arif Babayevlə birlikdə səhnəyə çıxıb və mahnı oxuyub. Onların bu ifaları zaldakıları kövrəldib.

Məclisə qonaq gələn müğənnilər də Orxan və Ləman cütlüyünü mahnıları ilə təbrik ediblər.

Qeyd edək ki, Könül qızını Ağcəbədiyə ərə verir. Kürəkəni sənətçinin xalası nəvəsidir. Dekabrın 23-də Orxan və Ləmanın Ağcəbədidə oğlan toyu olacaq.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla