Valyuta məzənnəsi
Xəbər lentİ

Cocuq Mərcanlıda təmizlənən ərazi ilə bağlı AÇIQLAMA

09:00, 28.11.17
azerbaycan, bolge
Cocuq Mərcanlıda təmizlənən ərazi ilə bağlı AÇIQLAMA

Cəbrayıl rayonu Cocuq Mərcanlı kəndi - gün ərzində 66 535 kv.m (6.65 ha) ərazi tam təmizlənib.

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Trend-ə verilən məlumata görə, 8 100 kv.m (0.81 ha) ərazi isə xüsusi mexaniki vasitələrlə təmizləmə üçün hazırlanıb (cəmi: 74 635 kv.m (7.46 ha)), mina və partlamamış hərbi sursat aşkar edilməyib.

Əməliyyatlarda 56 nəfərlik şəxsi heyət iştirak edir.

11 gün ərzində 8 ədəd partlamamış hərbi sursat (PHS) (1 ədəd F-1 əl qumbarası, 1 ədəd UZRQM partladıcısı, 2 ədəd RQ-42 əl qumbarası, 1 ədəd TM-62 minasının gücləndiricisi və 3 ədəd tank əleyhinə idarə olunmayan raket (PQ-7)) və 1 ədəd piyada əleyhinə mina (OZM-72) aşkar edilib, 243 235 kv.m (24.32 ha) ərazi tam təmizlənib, 66 700 kv.m (6.67 ha) ərazi isə xüsusi mexaniki vasitələrlə təmizləmə üçün hazırlanıbdır. (Cəmi: 309 935 kv.m (30.99 ha)).

Ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı davam etdirilir.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla