Valyuta məzənnəsi
Xəbər lentİ

Murad "O səs Türkiyə"də azərbaycanlı iştirakçı ilə duet oxudu - video

10:38, 27.11.17
azerbaycan, video
Murad "O səs Türkiyə"də azərbaycanlı iştirakçı ilə duet oxudu - video

“O səs Türkiyə” yarışmasının ötən gün yayımlanan bölümündə daha bir azərbaycanlı iştirak edib.

Xeberpress.az-ın Axşam.az-a istinadən məlumatına görə, Yunes Borumand Cənubi Azərbaycandan olduğunu, Təbrizdən gəldiyini deyib. O, xalq artisti Polad Bülbüloğlunun repertuarında yer alan məşhur “Gəl ey səhər” mahnısını səsləndirib.

Yunesin ifasına Murad Boz və Hadisə dönüb. Murad “Musiqi həyatında ən sevdiyim və dinlədiyim mahnıdır. Azərbaycanın keçmiş nazirlərindən olan Polad Bülbüloğlunun bəstəsidir. Bunu Şəbnəm Fərah da oxuyub. Azərbaycanda möhtəşəm əsərlər yaranır” deyə, bildirib.

Boz daha sonra “Gəl ey səhər” mahnısını Yuneslə duet oxuyub. Borumand sonda Muradın komandasında yarışmaya davam etmək istədiyini söyləyib.


Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla