Valyuta məzənnəsi
Xəbər lentİ

Qırğızıstanın yeni Prezidentinin andiçmə mərasimi olub

12:00, 24.11.17
azerbaycan, dunya
Qırğızıstanın yeni Prezidentinin andiçmə mərasimi olub

Bişkekdəki “Ala-Arça” dövlət iqamətgahında Qırğızıstanın yeni seçilmiş Prezidenti Sooronbay Jeenbekovun andiçmə mərasimi keçirilib. Yeni Prezident əlini Konstitusiyanın üzərinə qoyaraq and içib. Bununla da o, dövlət başçısı vəzifəsinin icrasına başlayıb.

Xeberpress.az-ın AZƏRTAC-a istinadən xəbər verir ki, mərasimdə hökumətin və parlamentin üzvləri, mədəniyyət və incəsənət xadimləri, səfirlər və beynəlxalq təşkilatların nümayəndələri, jurnalistlər iştirak ediblər.

Qırğızıstan Mərkəzi Seçki Komissiyasının sədri Nurjan Şaydabekova yeni Prezidenti təbrik edərək ona prezident vəsiqəsini, döş nişanını və ştandartı təqdim edib.

Qeyd edək ki, Qırğızıstanda prezident 6 il müddətinə bir dəfə seçilir. O, həmçinin silahlı qüvvələrin Ali Baş Komandanıdır.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla