Valyuta məzənnəsi

Azarkeşlərə sona qədər "Qarabağ"a dəstək olduqları üçün minnətdaram - Qurban Qurbanov

09:26, 23.11.17
azerbaycan, idman
Azarkeşlərə sona qədər "Qarabağ"a dəstək olduqları üçün minnətdaram - Qurban Qurbanov

Son vaxtlar bu qədər məyus olmamışdım. İlk hissənin 20-ci dəqiqəsindən sonra azlıqda qaldıq. Azarkeşlərə görə məyus oldum. Minnətdaram ki, son dəqiqəyə qədər komandaya dəstək oldular.

Xeberpress.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözlər "Çelsi"ni qəbul edən "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov oyundan sonra keçirilən mətbuat konfransında deyib.

“Oyunçularımıza minnətdarlığımı bildirmək istəyirəm. Məğlub olsalar da, layiqincə mübarizə apardılar. İlk hissədəki penalti epizodunda oyunçularımın əhvalı pozulduğuna görə, onları yanıma çağırdım. Futbolçuların UEFA-ya məktub ünvanlamaq fikrim yoxdur. Sözsüz ki, qırmızı vərəqəyə görə narazılığım var. Hakim verdiyi qərardır və bu heç nəyi dəyişdirməyəcək. Həmişə çalışmışıq ki, hamıya nümunə olaq. Həmişə olduğu kimi komandamı intizamlı olmağa çağırıram. Bu futboldur və oyun zamanı elə nüanslar olur ki, sonu qırmızı vərəqə ilə nəticələnir”,- deyə baş məşqçisi bildirib.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla