Valyuta məzənnəsi

“Hüquq mühafizə, təhlükəsizlik və məhkəmə orqanlarında islahatlara ehtiyac var” - Bahar Muradova (YENİLƏNİB)

14:55, 22.11.17
azerbaycan, siyaset
“Hüquq mühafizə, təhlükəsizlik və məhkəmə orqanlarında islahatlara ehtiyac var” - Bahar Muradova (YENİLƏNİB)

“Ölkədə insan hüquqlarına təsir edən amillər var. Bu amillər, əsasən, hüquq mühafizə, təhlükəsizlik orqanları və məhkəmələrlə bağlıdır”.

Xeberpress.a-ın APA-ya istinadən məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında vitse-spiker, İnsan hüquqları komitəsinin sədri Bahar Muradova deyib.

O qeyd edib ki, bəzən işin çoxluğu, hakimlərin və müstəntiqlərin fəaliyyəti ilə bağlı yaranan problemlər insan hüquqlarına təsir edir.

B. Muradova vəkillik sahəsində də ciddi problemlərin olduğunu bildirib.

O vurğulayıb ki, vəkilləri əvəz edən müdafiəçilərlə bağlı qanunvericiliyə tənzimləmə ediləndən sonra bu sahəyə ciddi diqqət yetirmək lazımdır.

B. Muradova bildirib ki, insan hüquqlarına təsir göstərən bir sıra amillər birbaşa və dolayısı yolla hüquq-mühafizə və məhkəmə orqanlarının fəaliyyəti ilə bağlıdır: “Vəkillərin, hakimlərin, müstəntiqlərin fəaliyyəti zamanı rast gəlinən çətinliklər dolayısı ilə, yaxud birbaşa insan hüquqlarına təsir edir. Əlbəttə, hakimlərin sayı artırılmalıdır və bunun gələn ilin büdcəsində nəzərə alınması vacibdir”.

Onun sözlərinə görə, obyektiv səbəblərdən insan hüquqlarının pozulmasından söhbət getmir: ”İş yükünün çoxluğundan, işlərin yaxşı araşdırılmaması, müdafiənin səviyyəli şəkildə təmin olunmaması, istintaqın gedişində bir sıra məsələlərin aydınlaşdırılmasının mümkün olmaması məhkəmə baxışı zamanı da bir sıra prosedurların pozulmasına gətirib çıxarır. Təbii ki, verilən hökmlərdən narazı qalan vətəndaşlar hüquqlarının pozulduğu qənaətinə gəlirlər və hüquqlarının qorunması üçün müvafiq qurumlara müraciət etməli olurlar. Bizim komitəyə bu mövzuda edilən müraciətlərin çoxluğunu nəzərə alaraq deyirəm ki, hüquq-mühafizə, təhlükəsizlik orqanlarında və məhkəmə hakimiyyətində insan hüquqlarının real şəkildə qorunmasının həyata keçirilməsini təmin edəcək islahat və dəyişiklərə ehtiyac var. Bu məsələni çox gözləmək olmaz”.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla