Valyuta məzənnəsi
Xəbər lentİ
 13:23  Sabahın HAVASI

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) xarici işlər naziri Türkiyənin Rusiya təyyarəsini vurmasını kəskin pisləyib.

08:19, 01.12.15
azerbaycan, dunya
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) xarici işlər naziri Türkiyənin Rusiya təyyarəsini vurmasını kəskin pisləyib.

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) xarici işlər naziri Abdullah bin Zayid əl Nəhyan Türkiyənin hava sərhəddini pozduğuna görə Rusiya təyyarəsinin vurulmasını kəskin formada pisləyib. EVERYTİME.AZ saytının məlumatına görə, bu barədə BƏƏ-nin rəsmi “WAM” agentliyi məlumat yayıb. Paytaxt Əbu Dabidə Rusiya – BƏƏ arasında keçirilən müştərək tədbirdə çıxış edən nazir hadisəyə etirazını bildirib.

“Başda Misirin Sinay yarımadasında partaladılan Rusiyaya aid sərnişin təyyarəsi olmaqla, Suriya sərhəddində bu ölkəyə aid təyyarənin vurulmasını pisləyirəm.”

Noyabrın 24-də Türkiyə - Suriya sərhəddində 5 dəqiqədə 10 dəfə xəbərdarlıq olunmasına baxmayaraq Türkiyənin hava sərhəddini pozan “Su-24” hərbi təyyarəsinə türk “F-16” qırıcıları beynəlxalq konvensiyaya görə müdaxilə ediblər. Hadisədən sonra rəsmi Moskva təyyarənin ölkəsinə aid olduğunu açıqlamış, Türkiyənin hava sərhəddinin pozulduğuna dair paylaşdığı məlumatlar NATO tərəfindən də təsdiqlənmişdi.

Oktyabrın əvvəlində Rusiyaya aid hərebi təyyarələr Türkiyənin hava sərhəddini pozmuş, hadisədən sonra üzr istəyən rəsmi Moskva oxşar vəziyyətin bir daha baş verməyəcəyinə dair söz vermişdi. Rəsmi Ankara isə oxşar hallarda hava sərhəddinin pozulması halında beynəlxalq konvensiyanın tələblərinin yerinə yetiriləcəyini açıqlamışdı.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla