Valyuta məzənnəsi
Xəbər lentİ

ABŞ sözçüsünün Türkiyə prezidentinin ittihamına CAVABI

12:51, 22.11.17
azerbaycan, dunya
ABŞ sözçüsünün Türkiyə prezidentinin ittihamına CAVABI

ABŞ Dövlət Departamentinin sözçüsü Hizer Noyert (Heather Nauert) Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın "17-25 dekabr tələsini aparıb Amerikada qurdular" sözlərinə münasibət bildirib.

Xeberpress.az APA-ya istinadən xəbər verir ki, Dövlət Departamentində keçirilən ənənəvi brifinqdə H.Noyertə "ABŞ Türkiyəyə qarşı tələ qurur?" deyə sual ünvanlanıb. Sözçü sualı təbəssümlə qarşılayaraq deyib: "Biz bu hekayəni Türkiyədən daha əvvəl də eşitmişdik. Bizi çevriliş cəhdini qızışdırmaqla ittiham etdikləri zaman verdiyim cavabın eynisi vermək məcburiyyətindəyəm. Bunun əsassız, mənasız olduğunu bildirəcəyəm".

Bir NATO müttəfiqi olaraq Türkiyədən bu cür açıqlamalar gəlməsini necə qiymətləndirdikləri barədə suala H.Noyertin cavabı belə olub: "Gördüyünüz kimi, bu il əlaqələrimizin gah yaxşı, gah pis olduğu ölkələr var. Biri bəzi şeylər söyləyə bilər, amma sonra söylədiyinə peşman olar. Türkiyə NATO üzvüdür və ABŞ-ın dəyər verdiyi müttəfiqdir. Türkiyə ilə güclü əlaqələrimiz var. Ancaq ABŞ-ın çevriliş cəhdini təşkil etdiyinə dair iddiaların əsası yoxdur".

Qeyd edək ki, 2013-cü il dekabrın 17-25-də Türkiyədə korrupsiya və rüşvət ittihamı ilə bir sıra vəzifəli şəxslər, o cümlədən nazir övladları həbs olunub. Cinayət işi çərçivəsində iranlı iş adamı Rza Zərrab da saxlanılıb. Sonradan bu əməliyyatın fətullahçı polis və prokurorlar tərəfindən təşkil olunduğu bildirilərək həbs olunanların hamısı buraxılıb və cinayət işi bağlanıb. Lakin cinayət işində adları hallanan 4 nazir istefa verməyə məcbur olub.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla