Valyuta məzənnəsi
Xəbər lentİ

Qəzada yaralanmış şəxslərin vəziyyəti barədə Səhiyyə Nazirliyindən RƏSMİ AÇIQLAMA

11:00, 22.11.17
azerbaycan, hadise
Qəzada yaralanmış şəxslərin vəziyyəti barədə Səhiyyə Nazirliyindən RƏSMİ AÇIQLAMA

Bakı-Qazax magistral yolunun 16-cı kilometrliyində - paytaxtın Qaradağ rayonu ərazisində dünən baş verən ağır yol qəzasında yaralanaraq xəstəxanaya yerləşdirilən şəxslərin vəziyyəti orta ağırdır.

Xeberpress.az xəbər verir ki, Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova Trend-ə bildirib ki, hadisə nəticəsində yaralanan 10 nəfər Kliniki Tibbi Mərkəzə (KTM) gətirilib.

Onların 2-nə ambulator yardım göstərilib və evə buraxılıb. Xəstəxanaya yerləşdirilən 8 nəfərdən 2-si bu gün səhər digər tibb müəssisələrinə köçürülüb.

Hazırda KTM-də müalicəsini davam etdirən qalan 6 nəfərin vəziyyəti orta ağırdır.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla