Valyuta məzənnəsi

Bu rayonda qaz olmayacaq

09:32, 22.11.17
azerbaycan, cemiyyet
Bu rayonda qaz olmayacaq

Bu gün Bakı şəhəri Xətai rayonunun təbii qaz təchizatında məhdudiyyət olacaq.

Xeberpress.az xəbər verir ki, "Azəriqaz" İstehsalat Birliyindən Milli.Az-a verilən xəbərə görə, Xətai rayonu Nəcəfqulu Rəfiyev küçəsində 2 ədəd qaz tənzimləyicinin quraşdırılması ilə əlaqədar saat 10:00-dan işlər yekunlaşanadək Xətai rayonunun Babək prospekti, Yusif Səfərov və Əbilov küçələrinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

Görülən təmir işləri gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişi təmin ediləcək və yaranacaq məhdudiyyətlə bağlı "Azəriqaz" bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla