Valyuta məzənnəsi
Xəbər lentİ

Word sənədləri vasitəsilə virus yayılır

09:59, 21.11.17
azerbaycan, texnologiya
Word sənədləri vasitəsilə virus yayılır

Məlumatların mühafizəsi üzrə mütəxəssislər xüsusi "Microsoft Office" sənədlərinin köməyi ilə "Windows" əməliyyat sistemini yoluxduran yeni kompüter virusu aşkar ediblər.

Milli.Az ICTnews-a istinadən bildirir ki, virusun özəlliyi ondadır ki, qurğu "Word" makroslarından istifadə etmədən yoluxdurulur. Hakerlər ixtiyari kodu başqa fayllardan yerinə yetirməyə imkan verən "Dynamic Data Exchange" (DDE) proqram mexanizmindən istifadə edirlər.

"Yoluxmuş faylı qəbul edən istifadəçi onu "Word" proqramında açır və sonrakı mərhələ asandır. DDE sayəsində uzaq serverlə qoşulma yaradılır və virusun digər hissələri yüklənilir. Bu halda antiviruslar köməyə gəlmir" - nüfuzlu ekspertlər təhlükə haqda xəbərdarlıq ediblər.

"Microsoft" korporasiyası artıq yeni təhlükəyə reaksiya verib və "Office" proqram paketinin istifadəçiləri üçün kitabça çıxarıb.

"Office" istifadəçiləri şübhəli sənədi açarkən meydana çıxan bütün dialoq pəncərələrində ardıcıl "Bəli" düyməsinə sıxmalı deyillər. Bu sadə qaydaya əməl olunsa, o zaman "Word" vasitəsilə virusa yoluxma ehtimalı xeyli azalır.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla