Valyuta məzənnəsi
Xəbər lentİ

Azərbaycan Meksikalı deputatların Qarabağa qanunsuz səfəri ilə bağlı şikayət etdi

17:17, 20.11.17
azerbaycan, siyaset
Azərbaycan Meksikalı deputatların Qarabağa qanunsuz səfəri ilə bağlı şikayət etdi

Azərbaycanın Meksikadakı səfirliyi bu ölkənin bir qrup deputatının Azərbaycanın Ermənistan Silahlı Qüvvələri tərəfindən qeyri-qanuni olaraq işğal olunmuş ərazilərinə səfəri ilə bağlı Deputatlar Palatasına şikayət edib.

Xeberpress.az report-a istinadən xəbər verir ki, bunu Meksikanın nüfuzlu "El Financiero" qəzeti yazıb.
Məqalədə qeyd olunub ki, Azərbaycanın bu ölkədəki müvəqqəti işlər vəkili Məmməd Talıbov rəsmi Bakının ciddi narazılığını bildirmək üçün Deputatlar Palatasının sədri Xorxe Karlos Ramirez Marin ilə görüşüb.

M.Talıbov bildirib ki, Azərbaycanın işğal altında olan ərazilərində Ermənistan tərəfindən yaradılmış separatçı rejim sonunda təcavüz və işğalın məhsuludur və buna görə də sözügedən səfər təxribat və qəbuledilməz xarakterlidir. Diplomat vurğulayıb ki, deputatların işğal olunmuş Dağlıq Qarabağa səfəri Azərbaycanla Meksika arasındakı ikitərəfli münasibətlərə xələl gətirmək xarakteri daşıyır. O, Deputatlar Palatasının səsdrindən səfərin araşdırılması və gələcəkdə bu kimi halların baş verməməsi məqsədilə tədbirlərin görülməsi xahiş edib.

"Azərbaycan səfirliyinin müvəqqəti işlər vəkili Meksika Xarici Əlaqələr Katibliyinə göndərdiyi digər müraciətdə bu hərəkətin iki ölkə arasında mövcud olan dostluq və əməkdaşlıq münasibətlərin ruhuna uyğun olmadığı deyilir", - deyə "El Financiero" qəzetinin məqaləsində vurğulanıb.
Xatırladaq ki, oktyabrın 21-28-də meksikalı deputatlar Marqarita Kuata, Karlos Hernandes Miron və Mariya Kristina Bravo Meksika-Ermənistan Dostluq Qrupu çərçivəsində Ermənistan hökumətinin dəvəti ilə Yerevana səfər ediblər. Onlar Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Dağlıq Qarabağ regionuna Azərbaycan hökumətinin icazəsi olmadan və Meksika Xarici Əlaqələr Katibliyinin (XİN) rəsmi xəbərdarlıqlarına baxmayaraq səfər ediblər.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla