Valyuta məzənnəsi
Xəbər lentİ

"Azərbaycan gələcəkdə ABŞ-la parlaq əməkdaşlığa ümid edir"- Novruz Məmmədov

10:30, 20.11.17
azerbaycan, siyaset
"Azərbaycan gələcəkdə ABŞ-la parlaq əməkdaşlığa ümid edir"- Novruz Məmmədov

Azərbaycan gələcəkdə Amerika Birləşmiş Ştatları (ABŞ) ilə parlaq əməkdaşlığa ümid edir.

Xeberpress.az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi - şöbə müdiri Novruz Məmmədov "Vaşinqton Tayms" qəzetində dərc olunmuş məqaləsində deyib.

N.Məmmədov bildirib ki, Azərbaycan artıq uzun müddətdir ki, ABŞ-ın tərəfdaşıdır.

Prezident köməkçisi vurğulayıb: "Müstəqilliyimizi əldə etdiyimiz andan 26 il ərzində Azərbaycan ABŞ-la daim dostluq münasibətlərinə doğru irəliləyib".

N.Məmmədov qeyd edib ki, ikitərəfli münasibətlər qarşılıqlı hörmət və bir neçə əsas faydalı sahələrin üzərində möhkəmlənib.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla