Valyuta məzənnəsi
Xəbər lentİ

Buna bir əncam çəkmək lazımdır - Zeynəb Xanlarova Rasim Balayevlə bağlı nazirliyə çağırış etdi

14:17, 17.11.17
azerbaycan, maqazin
Buna bir əncam çəkmək lazımdır - Zeynəb Xanlarova Rasim Balayevlə bağlı nazirliyə çağırış etdi

Milli Məclisin deputatı, xalq artisti Zeynəb Xanlarova parlamentin bu gün keçirilən plenar iclasında xalq artisti Rasim Balayevin səhhəti ilə bağlı müraciət edib.

Xeberpress.az Trend-ə istinadən xəbər verir ki, Z.Xanlarova R.Balayevin səhhətinin, vəziyyətinin yaxşı olmadığını bildirib.

Millət vəkili məsələ ilə bağlı Səhiyyə və Mədəniyyət nazirliklərindən dəstək vermələrini xahiş edib: xeberpress.az xəbər verir ki,

"Rasim Balayev bütün ömrünü sənətə həsr edib. Bu məsələyə bir əncam çəkmək lazımdır. Mən millətin adından xahiş edirəm ki, müvafiq qurumlar bu işlə məşğul olsunlar".

MM sədri Oqtay Əsədov isə deyib ki, bu məsələ diqqətdə saxlanılacaq.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla