Valyuta məzənnəsi
Xəbər lentİ

Bakıda "təcili yardım" maşını iki məktəbli qızı vurdu

10:15, 16.11.17
azerbaycan, hadise
Bakıda "təcili yardım" maşını iki məktəbli qızı vurdu

Bakının Nəsimi rayonunda iki piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Xeberpress.az report-a istinadən xəbər verir ki, Rəşid Behbudov küçəsində yolu keçmək istəyən 2008-ci il təvəllüdlü Eyvazova Nazlı və həmyaşıdı Osmanova Aliyəni təcili yardım xidmətinə məxsus "Mercedes" markalı avtomobil vurub.

Xəsarət alan hər iki uşaq xəstəxanaya yerləşdirilib.

Hər iki uşaq hadisə vaxtı yaxınlıqdakı məktəbdən çıxaraq evə gedirlərmiş.

Faktla bağlı araşdırmalara başlanılıb.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla