Valyuta məzənnəsi

Azərbaycanda radio bağlandı-YENİ

10:31, 01.09.16
azerbaycan, maqazin
Azərbaycanda radio bağlandı-YENİ

Azərbaycanda 107.7 FM tezliyində fəaliyyət göstərən "Avto FM" radiosu yayımını dayandırıb.

Xeberpress.az xəbər verir ki, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat təsdiqlənib.

Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Nuridə Allahyarova "Report"a açıqlamasında Avto FM-in yayımının dayandırılması məsələsini şərh edib. O bildirib ki, sentyabrın 1-də "Avto FM" MMC ilə NİİM arasında bağlanan xidmət müqaviləsi başa çatıb və bununla da müqaviləyə xitam verilib: "Sadəcə "Avto FM" MMC ilə müqaviləyə xitam verilib.

Ancaq işçilər işdən azad edilməyiblər. Eyni heyət yenə də öz işini davam etdirir. NİİM-in tərkibində yaradılan radionun fəaliyyətinə aid bütün səlahiyyətlər artıq Bakı Nəqliyyat Agentliyinə aiddir. Çünki NİİM də agentliyin tabeliyindədir".

Qeyd edək ki, 2013-cü ildə fəaliyyətə başlayan Avto FM 107.7. MHz tezliyində yayımlanırdı.

Xatırladaq ki, Milli Televiziya və Radio Şurasının 2 aprel 2013-cü il tarixli qərarı ilə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə radio yayımı üçün 6 il müddətinə xüsusi razılıq (lisenziya) verilmişdi.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla