Valyuta məzənnəsi
Xəbər lentİ

Ronaldo "Real"dan küsüb, getmək istəyir

11:44, 15.11.17
azerbaycan, idman
Ronaldo "Real"dan küsüb, getmək istəyir

Dünyanın ən məşhur futbolçularından biri, İspaniyanın "Real" (Madrid) klubunun portuqal ulduzu Kriştiano Ronaldu 2017/2018-ci illər mövsümünün sonlarında klubu tərk etmək niyyətindədir.

Milli.Az El Chiringuito-ya istinadən bildirir ki, Ronaldu niyyətini "Real"ın prezididenti Florentino Peresə çatdırıb. Fəqət Peres futbolçunu yayda klubdan buraxmaq niyyətində deyil.

32 yaşlı Kriştianu Ronaldu "Real" rəhbərliyinin ona olan münasibətindən narazıdır.

Ronaldunun narazılığına səbəb olmuş olaylardan biri də "Real"ın ötən mövsümlərarası dövrdə Fransanın "Monako" klubundan Kilian Mbappeni satın almaq niyyəti olub. 18 yaşlı Mbappe "Real"ın təklifini qəbul etməyərək "Pari Sen-Jermen"ə keçmişdi.

Bu mövsümdə K.Ronaldu "Real"ın heyətində 13 matçda 8 qol vurub. Onun klubla imzaladığı müqavilənin müddəti 2021-ci ilin yayında başa çatır.

K.Ronaldunun qeyri-rəsmi nikahda olduğu xanımı, 22 yaşlı Corcina Rodriges isə İnstagram-dakı profilində qızı Alana-Martina ilə fotolarını paylaşıb.

Alana-Martina dörd gün əvvəl doğulub.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla