Valyuta məzənnəsi

Ermənistan ordusunun iki hərbçisi döyüş postunda odlu silahdan yaralanıb

14:04, 14.11.17
azerbaycan, dunya
 Ermənistan ordusunun iki hərbçisi döyüş postunda odlu silahdan yaralanıb

İşğalçı Ermənistan ordusunun daha 2 hərbi qulluqçusu döyüş postunda odlu silah yarası alıb.

Xeberpress.az-ın Trend-ə istinadən məlumatına görə, xəbəri ermənilər sosial mediada paylaşıb.

Status sahibinin yazdığına görə, Ermənistan tərəfindən işğal edilən Azərbaycan ərazisində - Madagiz yaşayış məntəqəsində döyüş mövqeyində xidmət edən iki ermənistanlı hərbi qulluqçu odlu silahdan açılan atəş nəticəsində yaralanıb.

Postdan qayıdıb silahı boşaldarkən ehtiyatsızlıq səbəbindən avtomatdan açılan atəşdən yaralandığı iddia edilən Çarents Nazaryan və Armen Arakelyan hərbi hissənin tibb məntəqəsinə gətiriliblər. Onların vəziyyətlərinin orta olduğu bildirilir.

İctimaiyyətdən gizlətmək məqsədilə hadisənin səbəbləri qərargah zabitləri tərəfindən araşdırılır.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla