Valyuta məzənnəsi
Xəbər lentİ

“IKEA” şirkətinin "ağıllı" masa konsepsiyası yemək hazırlamağı öyrədir.

16:54, 30.11.15
azerbaycan, texnologiya
“IKEA” şirkətinin "ağıllı" masa konsepsiyası yemək hazırlamağı öyrədir.

“IKEA” şirkətinin "ağıllı" masa konsepsiyası inqrediyentləri “tanıyaraq” reseptləri stolun səthinə proyeksiya edə bilər.

Bildirək ki, "ağıllı" masa konsepsiyası İsveçin “IKEA” şirkətinin mühəndisi tərəfindən patentləşdirilib. Sözügedən masa onun üzərinə qoyulmuş məhsulların şəklini çəkir, daha sonra onları “tanıyaraq” internetdə müvafiq kulinariya reseptləri axtarır. Məsləhətlər birbaşa masanın səthinə proyeksiya edilir.

İdeyanın müəllifləri ümid edirlər ki, belə masalar kütləvi istehsal edildikdə onların qiyməti münasib olacaq.

“Freedonia Group” tədqiqat firmasının proqnozuna əsasən, bu ilin sonunadək qidanın hazırlanması üçün texnologiyalar bazarının həcmi 5,5 faiz artaraq 62 milyard dollara yaxınlaşacaq.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla