Yükləmə gedir gözləyin...
"Ərdoğan Obamadan Gülənin ekstradisiyasını istəyəcək"
"Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ prezidenti Barak Obama ilə Fətullah Gülənin ekstradisiyası məsələsini müzakirə edəcək".
Xeberpress.az Türkiyə mətbuatına istinadən bildirir ki, bu barədə Türkiyə prezidentinin təmsilçisi İbrahim Kalın deyib.
Qeyd edək ki, sentyabrın 4-5-də Çində "Böyük-20"liyin ("G-20") zirvə toplantısı keçiriləcək. Həmin sammit çərçivəsində Rəcəb Tayyib Ərdoğanla Barak Obamanın görüşəcəyi gözlənilir.
Xatırladaq ki, Fətullah Gülən başçılıq etdiyi Fətullahçı terrorçu təşkilatı (FETÖ) iyulun 15-də Türkiyədə dövlət çevirlişinə cəhd edib. FETÖ lideri hazırda ABŞ-dadır.
Oxşar xəbərlər: