Valyuta məzənnəsi
Xəbər lentİ

"Üçtərəfli formatın iqtisadi əhəmiyyəti daha böyükdür"

09:00, 03.11.17
azerbaycan, siyaset
"Üçtərəfli formatın iqtisadi əhəmiyyəti daha böyükdür"

Azərbaycan, Rusiya və İran prezidentlərinin Tehranda keçirilən üçtərəfli görüşü birinci növbədə regionda sabitliyin, ikinci növbədə isə iqtisadi əməkdaşlığın yeni bir mərhələsinin başlanğıcı deməkdir.

Xeberpress.az bildirir ki, bunu Trend-ə Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

"Üçtərəfli formatın iqtisadi əhəmiyyəti daha böyükdür"


Deputat bildirib ki, birinci üçtərəfli görüşdən sonra Azərbaycanın İranla və Rusiya ilə ticarət dövriyyəsi xeyli artıb: "Bu dəfəki görüşdə imzalanan iqtisadi müqavilələrdən sonra ticarət dövriyyəsi və ümumilkdə iqtisadi əlaqələr daha da genişlənəcək".

A.Hüseynov vurğulayıb ki, Rusiya və İran prezidentləri də bu əməkdaşlığa böyük dəyər verdiyini bildirdi: "Bu da onu göstərir ki, iki ölkə arasında Azərbaycan quru sərhəd olaraq mühüm rol oynayır və ölkəmiz bu əməkdaşlqdan xeyli bəhrələnəcək, regionda geosiyasi mövqeyi daha da güclənəcək".

Deputat daha sonra görüşdə müzakirə olunan digər məsələlərə toxunaraq bildirib ki, üçtərəfli formatın iqtisadi əhəmiyyəti daha böyükdür: "Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin formalaşdırılması istiqamətində görülən işlər, qarşıda duran vəzifələr, bu marşrutların yaratdığı geniş imkanlar, regionun iqtisadi inkişafında oynayacağı rol və digər bu kimi məzələlər müzakirə olundu".

A.Hüseynov vurğulayıb ki, transmilli nəqliyyat layihələrinin müzakirəsi zamanı yeni fəaliyyətə başlamış Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin perspektivi də nəzərdən keçirilib, onun yüksək potensialı və perspektivi vurğulanıb, BTQ də daxil olmaqla hər bir iştirakçı dövlətin maraqları çərçivəsində Şərqlə Qərbi birləşdirən bütün marşrutlardan istifadə olunması imkanları bəyənilib.

Xatırladaq ki, prezidentlər İlham Əliyev, Vladimir Putin və Həsən Ruhaninin ilk üçtərəfli görüşü 2016-cı il avqustun 8-də Azərbaycanda keçirilib.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla