Valyuta məzənnəsi
Xəbər lentİ

Strateji Əməkdaşlıq Şurasında imzalanan sənədlər Azərbaycan-Türkiyə münasibətlərinin böyük perspektivi olduğunu sübut etdi

08:30, 01.11.17
azerbaycan, siyaset
Strateji Əməkdaşlıq Şurasında imzalanan sənədlər Azərbaycan-Türkiyə münasibətlərinin böyük perspektivi olduğunu sübut etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri, Bakıda keçirilən Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasında qaldırılan məsələlər, dövlət başçılarının verdiyi bəyanatlar Azərbaycan-Türkiyə əməkdaşlığının dostluq, qardaşlıq, mehriban qonşuluq münasibətlərinə söykəndiyini və böyük perspektivi olduğunu bir daha sübut etdi.

Xeberpress.az xəbər verir ki, bunu Trend-ə Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.

Deputat qeyd edib ki, hər iki ölkənin bütün məsələlər üzrə mövqeyi onsuz da üst-üstə düşür, beynəlxalq təşkilatlarda müttəfiq olaraq çıxış edirlər. A.Mirzəzadə hesab edir ki, bununla belə bu münasibətlərin daha da genişlənməsinə və daha çox sahələri əhatə etməsinə ehtiyac var:

"Rəcəb Tayyib Ərdoğanın Azərbaycana bu dəfəki səfəri, Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclası tarixi hadisə olan Bakı-Tbilis-Qars dəmir yolunun açılışına təsadüf etdi. Hər iki ölkənin cəmiyyətində belə bir inam yaranıb ki, Azərbaycan və Türkiyə daha güclü olmaq üçün bir-birinə daha çox dəstək verəcək, əlaqələr daha da genişlənəcək".

Qeyd edək ki, oktyabrın 31-də Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının altıncı iclası keçirilib.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla