Valyuta məzənnəsi
Xəbər lentİ

Futbol üzrə Azərbaycan Premyer Liqası İspaniya mətbuatında

11:38, 23.10.17
azerbaycan, idman
Futbol üzrə Azərbaycan Premyer Liqası İspaniya mətbuatında

İspaniyanın nüfuzlu idman nəşri olan “AS” qəzeti futbol üzrə Topaz Premyer Liqasının sonuncu turundan yazıb.

Xeberpress.az AZƏRTAC-a istinadən xəbər verir ki, “Qarabağ” Azərbaycan liqasında xal itkisi ilə üzləşdi” sərlövhəli yazıda Premyer Liqanın 9-cu turunun mərkəzi qarşılaşması olan “Qəbələ”-“Qarabağ” oyunu haqqında ətraflı məlumat verilib.

Məqalədə qeyd olunub ki, bu turda “Qəbələ”yə uduzmasına baxmayaraq, “Qarabağ” çempionatda liderliyini qoruyur. Yazıda 9-cu turun digər qarşılaşmasında “Sumqayıt”a 1:2 hesabı ilə məğlub olan “Zirə”nin üçüncü pilləyə gerilədiyi vurğulanıb.

Xatırladaq ki, Topaz Premyer Liqasının 9-cu turunun sonuncu və mərkəzi qarşılaşmasında “Qəbələ” doğma meydanda “Qarabağ” komandasına 1:0 hesabı ilə qalib gəlib. Hazırda hər iki komandanın 19 xalı olsa da, bir oyun az keçirən ağdamlılar top fərqinə görə liderliyi davam etdirirlər.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla