Valyuta məzənnəsi

Bakıda 8-9 ballıq zəlzələnin gözləniləcəyi barədə məlumatlara aydınlıq gətirildi

11:22, 23.10.17
azerbaycan, cemiyyet
Bakıda 8-9 ballıq zəlzələnin gözləniləcəyi barədə məlumatlara aydınlıq gətirildi

Bakı ərazisinin, ümumilikdə Azərbaycanın seysmik baxımdan fon səviyyəsi 8, bəzi zonalar isə 9 ballıqdır.

Xeberpress.az-ın Trend-ə istinadən məlumatına görə, bunu jurnalistlərə AMEA Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli Bakıda 8-9 ballıq zəlzələnin gözləniləcəyi barədə yayılan məlumatlara aydınlıq gətirərkən deyib.

Onun sözlərinə görə, RSXM əməkdaşının Bakının seysmoloji vəziyyəti ilə bağlı verdiyi açıqlama düzgün başa düşülməyib: “Mərkəzin əməkdaşının Bakının fon səviyyəsi barədə söylədiyi fikirlər çox yanlış başa düşülüb. Mərkəzin əməkdaşı Bakıda 8-9 ballıq zəlzələnin gözlənildiyini deməyib. O, Bakının 8-9 ballıq zəlzələ zonası olduğunu deyib, yəni burada 8-9 ballıq zəlzələ ola bilər. Bu, 100 ildə də, 500 ildə də, 50 ildə də ola bilər. Ona görə də insanları təşvişə salmaq salmaq lazım deyil ki, zəlzələ gözlənilir. Bakı ərazisinin, ümumilikdə Azərbaycanın seysmik baxımdan fon səviyyəsi 8, bəzi zonalar isə 9 ballıqdır. Bu, yaxın günlərdə 8-9 bal gücündə zəlzələnin olması mənasını vermir".

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla