Valyuta məzənnəsi
Xəbər lentİ
 13:23  Sabahın HAVASI

Səs-küylü “Maşın” realiti-şousunun üç finalçısı bəlli olub

11:00, 23.10.17
azerbaycan, maqazin
Səs-küylü “Maşın” realiti-şousunun üç finalçısı bəlli olub

“Xanımlar və cənablar” devizi ilə yayımlanan “Maşın” realiti-şousunun üç finalçısı bəlli olub.

Xeberpress.az-ın Axşam.az-a istinadən məlumatına görə, ötən gün aktyor İlkin Misgərli səsverməyə çıxıb.

O, müğənni Talıb Taleni oyundan uzaqlaşdıracağını deyib. Talıb isə ona etirazını bildirərək “Bundan xəbərim yox idi. İlkin qalsın qadınlarla mübarizə aparsın, kişilərdən qorxdu” söyləyib.

İlkin “Talıb yaxşı oğlandı, burada tanış oldum. Məndən inciməsin. Qalsam maşına bir addım da yaxınlaşacam, getsəm də sən qalacaqsan” cavabını verib.

Xatun Əliyeva isə İlkinə dəstək olduğunu deyib:

“Burada heç kimin fərmanını verməmişəm. Heç bir pisliyə qol qoymamışam. İlqarı da çıxarmışam, oyundur. Talıb güclü adamdır. Özünə çox fikir verir. Hətta xüsusi çayları var ki, onları dəmlətdirib içir. Finalda İlkinlə mübarizə aparmaq istəyirəm”.

Sonda səs toplaya bilməyən İlkin özü oyunu tərk edib. Beləcə, 15-ci buraxılışı yayımlanan “Maşın” şounun üç finalçısı bəlli olub. Talıb Tale, Vüsalə Əlizadə və Xatun finalda avtomobil uğrunda yarışacaq.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla