Valyuta məzənnəsi

Məşhur müğənni“Ginnesin Rekordlar Kitabı”na düşəcək

09:38, 31.08.16
azerbaycan, maqazin
Məşhur müğənni“Ginnesin Rekordlar Kitabı”na düşəcək

Məşhur müğənni Castin Biber sosial mediada rekord qırıb.
Xeberpress.az xarici KİV-ə istinadən xəbər verir ki, “Purpose” adlı 4-cü albomunu çıxaran gənc ifaçının albomu bir həftədə ən geniş əhatə dairəsi yayılması ilə rekord qırıb.

Bundan başqa, 22 yaşlı kanadalı müğənninin Tvitterdə 85 milyon izləyicisi, “YouTube”da isə 10 milyard 478 milyon 651 min 389 dəfə izlənmə göstəricisi də rekord qırıb.

C.Biber 20 milyon 711 min 202 abunəçi sayı ilə də “YouTube”da ən çox üzvü olan kişi sənətçi adını da ələ keçirib.

Bütün bu rekordların 8 sentyabrda nəşr ediləcək yeni “Ginnesin Rekordlar Kitabı”na daxil ediləcəyi gözlənilir.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla