Valyuta məzənnəsi
Xəbər lentİ

“WhatsApp” istifadəçiləri dostları ilə olduqları yeri real vaxt rejimində paylaşa biləcəklər

09:57, 19.10.17
azerbaycan, texnologiya
“WhatsApp” istifadəçiləri dostları ilə olduqları yeri real vaxt rejimində paylaşa biləcəklər

“WhatsApp” istifadəçiləri siyahıdakı dostları ilə olduqları yeri real vaxt rejimində paylaşmaq imkanı əldə edəcəklər. “Live Location” adlanan funksiya servisin hazırkı sahibi – “Facebook” şirkətindən götürülüb.

Xeberpress.az AZƏRTAC-a istinadən xəbər verir ki, şirkətin yaydığı məlumata görə, yeni funksiyadan yaxın vaxtlarda həm “iOS”, həm də “Android” istifadəçiləri yararlana biləcək. Şirkət bu ilin mayında oxşar funksiyanı “Messenger”də funksionallığın genişləndirilməsi üzrə uzunmüddətli eksperiment çərçivəsində sınaqdan keçirib.

“WhatsApp” nümayəndələrinin sözlərinə görə, digər funksiyalar kimi, “Live Location” də “End-to-End Encryption (E2EE)” şifrləməsi ilə mühafizə olunacaq. Təhlükəsizlik üçün əlavə zəmanəti vaxtölçən təmin edəcək. İstifadəçilər olduqları yerin göstərilməsi funksiyasından istifadəni hər an söndürə və ya bunu vaxtölçənin edəcəyini gözləyə biləcəklər.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla