Valyuta məzənnəsi
Xəbər lentİ

ATƏT sədrliyi Azərbaycan və Ermənistan prezidentlərinin görüşünə dair bəyanat yayıb

09:09, 18.10.17
azerbaycan, siyaset
ATƏT sədrliyi Azərbaycan və Ermənistan prezidentlərinin görüşünə dair bəyanat yayıb

Bu il ATƏT-in fəaliyyətdə olan sədrliyi Azərbaycan və Ermənistan prezidentlərinin ATƏT Minsk qrupunun həmsədrlərinin təşəbbüsü ilə Cenevrədə keçirilən görüşü barədə bəyanat yayıb.

Xeberpress.az-ın AZƏRTAC-a istinadən məlumatına görə, ATƏT-in rəsmi səhifəsində yerləşdirilmiş bəyanatda bildirilir ki, ATƏT-də sədrliyi həyata keçirən Avstriya tərəfi prezidentlərin görüşünü diqqətlə izləyib və hər iki ölkə prezidentinin yeni səylərini alqışlayır.

Sədrliyin mətbuat nümayəndəsi bildirib: “Biz yeni impulsları və prezidentlərin danışıqlar prosesini intensivləşdirmək üçün tədbirlər görməsini və təmas xəttində gərginliyin azaldılması üçün əlavə addımlar axtarmasını görməkdən məmnunuq”.

Bəyanatda, həmçinin qeyd edilib ki, sədrlik bu yeni səylərin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün konkret addımlarda öz əksini tapacağına ümid bəsləyir. “Cəhdlərin mərkəzində sülh planlaşdırılması durmalıdır. ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik tərəfindən təmsil olunan ATƏT sədrliyi münaqişə tərəflərinin sülhə nail olması üçün göstərdiyi səylərini bundan sonra da dəstəkləməkdə davam etməyə hazırdır”,- deyə bəyanatda vurğulanır.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla