Valyuta məzənnəsi

Sabahın hava proqnozu

12:22, 17.10.17
azerbaycan, cemiyyet
Sabahın hava proqnozu

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

Xeberpress.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz keçəcək.

Şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 9-12° isti, gündüz 16-20° isti, Bakıda gecə 10-12°, gündüz 18-20° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan yüksək 768 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 80-90 %, gündüz 60-70 % olacaq.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Zəif şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 7-12°, gündüz 17-22° isti, dağlarda gecə 0-4° isti, gündüz 9-14° isti olacağı gözlənilir.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla