Valyuta məzənnəsi

Rusiyada aşkarlanan dabaq xəstəliyinin ölkəmizə keçmə ehtimalı var?

09:19, 16.10.17
azerbaycan, cemiyyet
Rusiyada aşkarlanan dabaq xəstəliyinin ölkəmizə keçmə ehtimalı var?

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti (DBNX) Rusiyanın Başqırdıstan Respublikasında qoyunlar arasında aşkarlanan dabaq xəstəliyinin ölkəmizə keçə bilmə ehtimallarına aydınlıq gətirib.

Xeberpress.az xəbər verir ki, DBNX-nin mətbuat katibi Yolçu Xanvəli Trend-ə açıqlamasında aşkarlanan xəstəliyin ölkəmiz üçün təhlükəli olmadığını deyib.

Onun sözlərinə görə, Azərbaycan Başqırdıstandan heç bir heyvan və heyvan mənşəli məhsul idxal etmir: "Buna görə də ölkəmiz üçün narahatlıq yoxdur. Azərbaycanda dabaq xəstəliyi ilə əlaqədar epizootik vəziyyət normaldır. Heyvanlar arasında da yaz və payız peyvəndləri həyata keçirilib".

Qeyd edək ki, Başqırdıstanın bir neçə kəndində qoyunlar arasında dabaq xəstəliyi qeydə alınıb.

İlkin araşdırmalara əsasən, xəstəliyin Orta Asiya ölkələrindən gətirilən heyvanlardan keçdiyi məlum olub.

Xəstə heyvanların Qazaxıstan və ya Qırğızıstandan icazəsiz keçirildiyi ehtimal olunur. Bununla bağlı Başqırdıstan Prokurorluğu cinayət işi başlayıb.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla