Valyuta məzənnəsi

Bu gün Ümumdünya Sağlamlıq Günüdür

10:55, 10.10.17
azerbaycan, cemiyyet
 Bu gün Ümumdünya Sağlamlıq Günüdür

1992-ci ildən etibarən hər il oktyabrın 10-u Ümumdünya Psixi Sağlamlıq günü kimi qeyd edilir. Həmin gün Ümumdünya Psixi Sağlamlıq federasiyasının təşəbbüsü və Dünya Səhiyyə Təşkilatının dəstəyi ilə təsis edilib.

Xeberpress.az AZƏRTAC-a istinadən xəbər verir ki, onun qeyd olunması psixi sağlamlığın problemləri, onun möhkəmləndirilməsi və profilaktik üsulları barədə ictimaiyyətin məlumatlılılğının artırılması məqsədilə daşıyır. Həmin gün beynəlxalq psixiatrik təşkilatlarının tematik jurnalları buraxılır, hökumət strukturları və səhiyyə təşkilatlarına beynəlxalq hərəkatda iştirak etməyə çağıran müraciətlər göndərilir. Psixika can sağlığının ayrılmaz və əhəmiyyətli komponentidir, hər kəsin öz bacarıq və şəxsi potensialını həyata keçirməyə, adi həyat streslərini dəf etməyə, məhsuldar və faydalı iş görməyə, cəmiyyətə xeyir verməyə imkan yaradır.

Psixi Sağlamlıq Günü BMT-də qeyd olunan ümumdünya və beynəlxalq günlərin siyahısına daxil edilib.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla