Valyuta məzənnəsi

Türkiyədə partlayış nəticəsində 4 hərbçi həlak olub

12:12, 04.10.17
azerbaycan, hadise
Türkiyədə partlayış nəticəsində 4 hərbçi həlak olub

Türkiyənin Hakkari vilayətində partlayış törədilib.

Xeberpress.az Türkiyə mediasına istinadən xəbər verir ki, partlayış nəticəsində 4 hərbçinin həlak olması, daha 4 nəfərin yaralanması barədə xəbər verilib.

Qeyd olunur ki, hadisə Yüksekova rayonunda patrul xidməti zamanı baş verib.

Hazırda partlayışı törədənlərin axtarışı və zərərsizləşdirilməsi üçün əməliyyat başlayıb.

Partlayışı PKK terror təşkilatının törətdiyi bildirilir.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla