Valyuta məzənnəsi
Xəbər lentİ
 13:02  Sabahın HAVASI

Yağışlı hava nə vaxtadək davam edəcək?

11:51, 03.10.17
azerbaycan, cemiyyet
Yağışlı hava nə vaxtadək davam edəcək?

“Oktyabrın 5-dən etibarən hava sabitləşəcək, yağış kəsəcək, temperatur yüksələcək”.

Xeberpress.az xəbər verir ki, bunu “Report”a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova deyib. O bildirib ki, hazırda ölkə ərazisində yağmurlu hava şəraiti müşahidə olunur:

“Bəzi yerlərdə yağış leysan xarakterli, intensivdir. Axşam bəzi ərazilərdə isə qar yağıb. Qeyri-sabit hava şəraiti sabah da davam edəcək”.

G.Məmmədova qeyri-sabit hava şəraitinin oktyabr ayının 5-dən etibarən düzələcəyini deyib. Onun sözlərinə görə, oktyabrın 5-i gündüz saatlarından havanın mülayimləşəcəyi və gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir:

“Havanın temperaturu bu günlərlə müqayisədə tədricən yüksələcək”.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla