Valyuta məzənnəsi
Xəbər lentİ

Xınalıq kəndində qarın hündürlüyü 20 santimetrə çatır - FOTO

10:42, 03.10.17
azerbaycan, bolge
Xınalıq kəndində qarın hündürlüyü 20 santimetrə çatır - FOTO

Qubanın Xınalıq kəndində 20 santimetrə yaxın qar yağıb.

Xeberpress.az AZƏRTAC-a istinadən xəbər verir ki, oktyabrın 1-dən hava şəraitinin kəskin dəyişməsi nəticəsində Quba və Qusarın yüksək dağlıq ərazilərinə qarın yağması davam edir.

Quba Regional Hidrometeorologiya Müəssisəsindən bildiriblər ki, qarın yağması ilə əlaqədar şimal bölgəsində hava soyuyub, dağlıq ərazilərdə gecə saatlarında temperatur mənfi 3 dərəcəyədək aşağı düşüb.

Ən çox yağıntı Qubanın Xınalıq kəndində qeydə alınıb. Burada qarın hündürlüyü 17 santimetrə çatıb. Qırız kəndinə 7, Qusarın Ləzə kəndinə isə 3 santimetr qar yağıb.

Qeyd edək ki, qarın yağması Quba-Xınalıq, o cümlədən digər ucqar kəndlərə gedən yollarda çətinlik yaratmayıb.

Xınalıq kəndində qarın hündürlüyü 20 santimetrə çatır - FOTO

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla