Valyuta məzənnəsi

Azərbaycanda universitetdə hicablı tələbələr dərsə buraxılmır

09:41, 22.09.17
azerbaycan, cemiyyet
Azərbaycanda universitetdə hicablı tələbələr dərsə buraxılmır

Mingəçevir Dövlət Universitetində hicablı tələbələri dərsə buraxmırlar.

Xeberpress.az Modern.az-a istinadən xəbər verir ki, məsələ ilə bağlı açıqlama verən universitetin rektoru Akif Hacıyev xəbərin doğru olduğunu təsdiqləyib:

"Biz Mingəçevir Dövlət Universitetinin Nizamnaməsinin 1.7-ci bəndinə əsasən, universitetdə təhsil alanların geyim formasının Elmi Şuranın qərarı ilə müəyyənləşdirmişik".

Rektor bildirib ki, universitetdə 2-3 nəfər tələbə hicablıdır:

"Biz hicabın əleyhinə deyilik. Özləri bilər. Amma dərsə daxil olanda hicabınızı açın və dərs bitəndən sonra hicabınızı taxın. Vəssalam. Bir də ki, üzü saqqallı gənclərin dərsə gəlməsini qadağan etmişik. Burada qəbahətli heç nə yoxdur. Azərbaycanda din dövlətdən ayrıdır. Artıq tələbələr dərsə hicabsız gəlirlər. Heç bir problem yoxdur”

Azərbaycanda universitetdə hicablı tələbələr dərsə buraxılmır

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla