Valyuta məzənnəsi
Xəbər lentİ

İŞİD-in işğalından azad edilən ərazilərdə tapılan azərbaycanlı uşaqlarla bağlı AÇIQLAMA

08:30, 22.09.17
azerbaycan, cemiyyet
İŞİD-in işğalından azad edilən ərazilərdə tapılan azərbaycanlı uşaqlarla bağlı AÇIQLAMA

Suriyanın İŞİD-in işğalından azad edilən ərazilərində tapılan azərbaycanlı uşaqlar ölkəmizə qayıtdıqdan sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi həmin azyaşlıların sosial, psixoloji problemlərinin həllinə yardım edəcək.

Xeberpress.az xəbər verir ki, Komitədən Trend-ə verilən məlumata görə, hazırda həmin uşaqların ölkəmizə geri qaytarılması üçün aidiyyatı qurumlar iş aparır: “Bu işlər bizim səlahiyyətimizdən kənardır. Bu məsələ ilə təhlükəsizlik qurumları məşğul olur. Lakin o uşaqlar qayıtdıqdan sonra onların ailələrə qaytarılması, doğmalarının tapılmasına yardım edəcəyik”.

Qeyd edək ki, Rusiya KİV-ləri Suriyada İŞİD-in işğalından azad edilən ərazilərdə 2 yaşlı Xədicə və 3 yaşlı Abdullanın tapılması barədə xəbər vermişdilər. Uşaqlar ata-analarının öldüyünü bildiriblər.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla