Valyuta məzənnəsi
Xəbər lentİ

İran beynəlxalq enerji şirkətlərinə böyük güzəştlər etməyi planlaşdırır.

08:34, 30.11.15
azerbaycan, bolge
İran beynəlxalq enerji şirkətlərinə böyük güzəştlər etməyi planlaşdırır.

İran ölkə iqtisadiyyatına 30 milyarda yaxın xarici investisiya cəlb etmək üçün beynəlxalq enerji şirkətlərinə böyük güzəştlər etməyi planlaşdırır.
Nəzərdə tutulan gələcək neft kontraktları xarici investorlar üçün münasib və gəlirli olacaq, xarici enerji şirkətləri hasilatla bağlı daha böyük paya malik olub, uzunmüddətli şəkildə daha çox gəlir götürəcək.

Dünyanın ən böyük neft və qaz ehtiyatlarına malik olan ölkələrdən olan İran, iyulda altılıq ölkələri ilə bağlanmış tarixi nüvə sazişindən sonra, sanksiyaların yumşaldılması ilə dünya neft bazarındakı keçmiş seqmentini tuması üçün fasiləsiz işlər aparır. Yeni kontrakt şərtləri Tehranda keçirilən və dünyanın "BP", "Shell", "Total", "Statoil" və "Sinopec" kimi neft nəhənglərinin təmsilçilərinin də iştirak etdiyi konfransda açıqlanıb.

Yaxın zamanda İran dövlətinin 30-a yaxın neft kontraktı bağlayacağı gözlənilir. Habelə həmin təbdirdə heç bir ABŞ şirkəti iştirak etməyib. İranın açıqladığı digər islahatlardan biri əvvəlki “baybek” modelinin ləğv olunmasıdır. Həmin sistemə görə, xarici investorlar İrandakı neft yataqlarını dövlətə təhvil verməzdən əvvəl, onu öz hesabına təchiz edərək, idarə edirdi.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla