Valyuta məzənnəsi

Ötən gün baş verən qəzalarda ölən 8 nəfərdən biri hamilə qadın olub - Səhiyyə Nazirliyi

10:43, 20.09.17
azerbaycan, hadise
Ötən gün baş verən qəzalarda ölən 8 nəfərdən biri hamilə qadın olub - Səhiyyə Nazirliyi

Ötən gün Salyan və Biləsuvarda baş verən ağır yol qəzalarında 1-i hamilə qadın olmaqla, 8 nəfər dünyasını dəyişib.

Xeberpress.az xəbər verir ki, Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədovanın Trend-ə verdiyi məlumata görə, dünən axşam saatlarında Salyanda 2 maşının toqquşması nəticəsində 4 nəfər dünyasını dəyişib.

Ölənlərin hamısı qadın olub. Qadınlardan biri hamilə olub. Hadisə nəticəsində yaralanan 2 nəfər kişidən biri əməliyyat edilib. Əməliyyat edilən yaralının vəziyyəti ağır, digər yaralının vəziyyəti isə orta ağır qiymətləndirilir.

Qeyd edək ki, Biləsuvarda “KAMAZ” markalı yük avtomobili və “Mercedes” markalı minik avtomobilinin toqquşması nəticəsində 4 nəfər ölüb, 1 nəfər yaralanıb.

Səhiyyə Nazirliyindən Trend-ə bildiriblər ki, yaralı əməliyyat edilib, onun vəziyyəti ağırdır.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla