Valyuta məzənnəsi
Xəbər lentİ

ATƏT Parlament Assambleyasının sədri ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

12:32, 08.09.17
azerbaycan, cemiyyet
ATƏT Parlament Assambleyasının sədri ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Azərbaycanda səfərdə olan ATƏT-in Parlament Assambleyasının sədri Kristin Muttonen sentyabrın 8-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə tər güllər düzüb.

Xeberpress.az AZƏRTAC-a istinadən xəbər verir ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.

Sonra Şəhidlər xiyabanına gedən qonaq ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini anıb, “Əbədi məşəl” abidəsini ziyarət edib.

Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən xanım Kristin Muttonenə Şəhidlər xiyabanının tarixi və şəhərimizdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla