Valyuta məzənnəsi
Xəbər lentİ

Azərbaycan nefti Ukrayna vasitəsilə Avropaya daşına bilər - Ukraynanın vitse-prezidenti

11:33, 08.09.17
azerbaycan, iqtisadiyyat
Azərbaycan nefti Ukrayna vasitəsilə Avropaya daşına bilər - Ukraynanın vitse-prezidenti

Azərbaycan və İran neftinin Ukrayna ərazisindən Avropa ölkələrinə daşınması üçün əlverişli şərait yaranıb.

Xeberpress.az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Ukraynanın vitse-prezidenti Vladimir Kistion Odessa şəhərində “Avropa-Asiya inteqrasiya olunmuş nəqliyyat dəhlizləri” mövzusunda yüksək səviyyəli II beynəlxalq nəqliyyat konfransının rəsmı açılış mərasimində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Ukraynada tranzit yük daşımaları dünya bazarı ilə miqyasda 25 faiz ucuzdur.

“Ukrayna əlverişli coğrafi məkanda yerləşir və biz tranzit yük daşımalarının ölkəmizin ərazisindən keçməsində maraqlıdır. Düşünürəm ki, ilkin olaraq Azərbaycan və İran nefti Ukrayna ərazisindən keçərək Avropaya daşına bilər. Bu istiqamətdə müzakirələr aparılır”, deyə Kistion bildirib.

V.Kistion deyib ki, tranzit yük daşımaları üçün Ukraynada beynəlxalq texniki standartlar tətbiq edilir.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla