Valyuta məzənnəsi
Xəbər lentİ

Bu gün deputatların tətili başa çatdı

11:44, 30.08.17
azerbaycan, cemiyyet
Bu gün deputatların tətili başa çatdı

Bu gün Azərbaycan Milli Məclisinin deputatlarının tətili başa çatıb.

Xeberpress.az report-a istinadən xəbər verir ki, qanunverici orqanın üzvləri 45 gün məzuniyyətdə olublar.

"Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında" qanununa əsasən, deputatlara məzuniyyətdə olduqları zaman müalicə olunmaları və istirahət etmələri üçün iki aylıq vəzifə maaşı məbləğində müavinət ödənilib.

Milli Məclisin sədri 4 500, komitə sədrləri 3 600 manat, MM sədrinin müavini 3 825 manat, sədrin birinci müavini 4 050 manat, sıravi deputatlar isə 3 150 manat müavinət alırlar.

Qanunvericiliyə uyğun olaraq, Milli Məclis komitələrinin iclasları sentyabrın 15-də başlayacaq.

Qeyd edək ki, qanunverici orqanın üzvləri tətilə iyulun 15-də çıxmışdılar.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla