Valyuta məzənnəsi
Xəbər lentİ

"Sevinirik ki, Azərbaycanı sevindirə bildik"- Qurban Qurbanov

09:19, 24.08.17
azerbaycan, idman
"Sevinirik ki, Azərbaycanı sevindirə bildik"-  Qurban Qurbanov

"Sevinirik ki, Azərbaycanı sevindirə bildik".

Xeberpress.az-ın Trend-ə istinadən məlumatına görə, bunu "Kopenhagen" - "Qarabağ" oyunundan sonra Ağdam təmsilçisinin baş məqşçisi Qurban Qurbanov deyib.

Baş məşqçi qeyd edib: "Bütün Azərbaycan xalqını, azarkeşlərimizi, hər kəsi təbrik edirəm. Sevinirik ki, ölkəmizi sevindirə bildik".

Q.Qurbanov bildirib ki, belə turnirlərdə çıxış etmək futbolumuz üçün çox önəmlidir: "Belə turnirin qrup mərhələsində oynamaq həm bizim, həm də ölkəmiz üçün faydalı olacaq”.

Qeyd edək ki, ötən gün "Qarabağ" səfərdə "Kopenhagen" komandasına 2:1 hesabı ilə məğlub olsa da, Bakıda ilk oyunda qazanılan minimal qələbə sayəsində Azərbaycan futbol tarixində ilk dəfə Çempionlar Liqasına vəsiqə qazanıb.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla