Valyuta məzənnəsi

"Ermənilər Rusiya ilə ikibaşlı oyun aparır"- Hikmət Babaoğlu

09:59, 23.08.17
azerbaycan, siyaset
"Ermənilər Rusiya ilə ikibaşlı oyun aparır"- Hikmət Babaoğlu

Ermənistanın bu siyasəti bizim lehimizədir.

"Ermənistan daha çox qeyri-ciddi və terrorçu dövlət olduğu üçün onun xarici siyasəti də diplomatik terrora, yaxud siyasi terrora söykənir. Bu o deməkdir ki, Ermənistan Azərbaycan torpaqlarını işğal altında saxlamaq üçün bir mərkəzlər münasibət quraraq digərini şantaj edir, daha qiymətli və vacib olduğunu ona göstərməyə çalışır. Şərtlər dəyişdikdə isə başqa bir mərkəzin müttəfiqi kimi görünərək köhnə müttəfiqini siyasi çantaja, siyasi terrora məruz qoyur. Bu ikibaşlı xarici siyasət şübhəsiz ki, nəticə etibarilə Ermənistanın özünün əleyhinə çevriləcəkdir".

Xeberpress.az xəbər verir ki, bu barədə Milli.Az-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, siyasi elmlər doktoru Hikmət Babaoğlu bildirib.

Politoloqun sözlərinə görə, dövlətlərin xarici siyasəti ciddi strateji düşüncəyə və maraqlara söykənir. Ermənistanın xarici siyasətinin əsasında isə onun işğalçılıq siyasətinə bəraət qazandırmaq fəlsəfəsi durur:

"Ona görə də uzunmüddətli siyasi perspektivləri yaxşı hesablaya bilməyən Ermənistan bəzən gah Rusiyanın müttəfiqi kimi, bəzən əks cəbhəyə keçərək NATO-nun müttəfiqi kimi görünür, bəzən Avropa Birliyinin Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində Avropaya meyllənir, bəzən də Ermənistan prezidentinin səsi cənubdan gəlir. Bütün bunlar göstərir ki, bu ölkədə ciddi xarici siyasət yoxdur və ermənilər Rusiya ilə ikibaşlı oyun aparır. Reallığı qiymətləndirə bilən politoloqlar aydın görürlər ki, cəmi 10 il əvvəl Ukrayna ilə Rusiyanı ən yaxın strateji müttəfiqlər hesab edən mərkəzlər birdən-birə faktiki müharibə vəziyyətində olan iki milli dövlət kimi nəzərdən keçirmək məcburiyyətində qaldılar. Düşünürəm ki, Ermənistan da dərk etməlidir ki, onun bu cür oyunları şübhəsiz ki, əvvəl-axır özünə qarşı çevrilə, Rusiyanın arxasından bu cür addımlar atması iki ölkə arasındakı münasibətlərin korlanmasına gətirib çıxara bilər. Rusiya mediası da Ermənistanın atdığı addımları məhz bu cür şərh etməyə çalışır".

Bununla belə, millət vəkilinin fikrincə, Ermənistan xarici siyasətindəki səhvlər, yanlışlıqlar Azərbaycanın lehinədir: "Onun tarixi-ənənəvi müttəfiqləri ilə münasibətlərinin soyuması bizim üçün yeni şanslar yaradır. Ermənistan xarici siyasətində nə qədər çox səhvə yol versə, bu, bizim üçün bir o qədər yaxşı olar".

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla