Valyuta məzənnəsi
Xəbər lentİ

Gürcüstan Prezidenti Azərbaycana minnətdarlıq edib

13:13, 22.08.17
azerbaycan, siyaset
Gürcüstan Prezidenti Azərbaycana minnətdarlıq edib

Gürcüstanın Prezidenti Giorgi Marqvelaşvili ölkə ərazisində baş verən meşə yanğınlarının söndürülməsində göstərdikləri köməyə görə Azərbaycana və Türkiyəyə minnətdarlıq edib.

Xeberpress.az AZƏRTAC-a istinadən xəbər verir ki, dövlət başçısı keçirdiyi brifinqdə təbii fəlakətin aradan qaldırılması üçün bütün dövlət resurslarının səfərbər edildiyini bildirib.

Gürcüstan Daxili İşlər Nazirliyinin saytında yerləşdirilən məlumatda da Gürcüstan hökumətinin Azərbaycana təşəkkürü ifadə olunur.

“Gürcüstan hökuməti göstərilən köməyə görə Azərbaycan tərəfinə, xüsusilə də Prezident İlham Əliyevə minnətdarlıq edir”, - deyə məlumatda vurğulanır.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla