Valyuta məzənnəsi

Türkiyə hərbi əməliyyatetmə qabiliyyətini bütün dünyaya təkrar göstərmiş oldu.

11:29, 25.08.16
azerbaycan, siyaset
Türkiyə hərbi əməliyyatetmə qabiliyyətini bütün dünyaya təkrar göstərmiş oldu.

15 iyulda FETÖ-çülərin çevriliş cəhdində "yara alan" Türkiyə hərbi əməliyyat etmə qabiliyyətini bütün dünyaya təkrar göstərmiş oldu.

Xeberpress.az bildirir ki, Türkiyə uzun zamandır fərqli güclərin oyun səhnəsinə çevrilən Suriyada öz gücünü göstərmək yolunda əhəmiyyətli bir hücuma keçdi. Beləliklə, sərhəddə bir kürd dəhlizi meydana gəlməsi və İŞİD təhdidi nəticəsində bölgədəki Ərəb dünyası ilə əlaqələrin qırılması riskini də aradan qaldırmış oldu. Türkiyə Cerablus əməliyyatı ilə ərəb dünyasına çıxış qapısını yenidən nəzarət altına almış oldu.

DİPLOMATİK UĞUR

Əməliyyatdan öncə edilən diplomatik cəhdlər sonrası həm müttəfiq, həm də digər ətraf ölkələrdən etiraz olaraq heç bir reaksiya gəlmədi.

ABŞ başda olmaqla, Rusiya, İran, Almaniya kimi ölkələr Türkiyəyə dəstək şərhləri verdilər.

Taktika və MOTİVASİYA

Ağıllı bir taktika, qoşun növləri arasındakı koordinasiya, doğru hədəfi nişan alma və motivasiya ilə məqsədə qısa müddətdə çatıldı. Türkiyə silahlı qüvvələri ilə Suriya türkmənlərinin birgə olaraq qurudan 8 saatda çatdıqları Cerablus İŞİD-in əlindən alındı.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla