Valyuta məzənnəsi
Xəbər lentİ

Hindistanda daşqınlar nəticəsində 100 nəfərdən çox insan həlak olub

09:09, 15.08.17
azerbaycan, dunya
Hindistanda daşqınlar nəticəsində 100 nəfərdən çox insan həlak olub

Hindistanın şimalında daşqınlar nəticəsində ölənlərin sayı 100 nəfəri ötüb.

Xeberpress.az xəbər verir ki, Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, Himaçal-Pradeş ştatında 48 nəfər, Assam ştatında 20 nəfər, Bihar ştatında 41 nəfər, Uttarakhand ştatında isə 25 nəfər həlak olub.

Qeyd edək ki, güclü yağışlar Hindistanın şimalında, Nepalda və Banqladeşdə müşahidə olunur. Nepalda güclü yağışlar nəticəsində baş verən daşqınlarda 91 nəfər həlak olub, 38 nəfər itkin düşüb, Banqladeşdə isə 28 nəfər həlak olub. Beləliklə, bütün regionda azı 225 nəfər təbii fəlakətin qurbanı olub.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla