Valyuta məzənnəsi
Xəbər lentİ

Səbuhi Xanlarovun yalanı üzə çıxdı - xanımı ölməyib (YENİLƏNİB)

12:32, 10.08.17
azerbaycan, hadise
Səbuhi Xanlarovun yalanı üzə çıxdı - xanımı ölməyib (YENİLƏNİB)

Xeberpress.az bildirir ki, bu gün primetime.az saytı ilə əlaqə saxlayaraq həyat yoldaşının uzun sürən xərçəng xəstəliyindən sonra vəfat etdiyini deyən aktyor Səbuhi Xanlarovun yalanı üzə çıxıb.

Aktyorun bacısı Vəfa Xanlarova saytımıza zəng edərək məlumatın doğru olmadığını bildirib. O deyib ki, qardaşının hansı səbəbdən belə addım atdığını anlaya bilmir: "Onun yoldaşı sağdır. Düzdür, xəstədir. Amma indi öz evində, övladlarının yanındadır. Ayıbdır. Onlar ailəlidirlər. Çox xahiş edirəm, bu xəbəri silin. Yalan məlumatdır. Yazıq anamın ürəyi gedib, ailəmin vəziyyəti pisdir. Hamiləyəm, xəbəri oxuyandan özümə gələ bilmirəm. Bilmirəm o, niyə belə eləyir. Yəqin ki, reklam axtarır. Amma belə reklam olmaz".

Qeyd edək ki, bacısının zəngindən sonra Səbuhi Xanlarovla dəfələrlə əlaqə saxlamağa çalışdıq. Lakin o, sualımızı eşitdikdən sonra telefonun dəstəyini asdı. Onu da əlavə edək ki, hər iki tərəfə aid səs yazısı mövcüddur və lazım gələrsə, yayımlamağa hazırıq.

-----------

11:10

"Maşın şou"nun qalmaqallı iştirakçısı, aktyor Səbuhi Xanlarova ağır itki üz verib.

Milli.Az primetime.az-a istinadən xəbər verir ki, aktyorun həyat yoldaşı vəfat edib.

S.Xanlarov bildirib ki, xanımı uzun müddət xərçəng xəstəliyindən əziyyət çəkib: "Çox pisəm. İki övladım anasız qaldı".

Allah rəhmət eləsin!

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla