Valyuta məzənnəsi
Xəbər lentİ

“Galaxy Note 8”in bəzi özəllikləri məlum oldu

09:22, 03.08.17
azerbaycan, texnologiya
“Galaxy Note 8”in bəzi özəllikləri məlum oldu

İstehsala hazırlanan "Samsung Galaxy Note 8" smartfonunun bəzi xüsusiyyətləri məlum olub.

Xeberpress.az lent.az-a istinadən xəbər verir ki, istehsalçı şirkət smartfonun kamerasının malik olduğu İSOCELL Dual texnologiyası barədə bəzi məlumatları açıqlayıb. Kamera "Super Zoom" funksiyalı və 5 qat optik artırmalı ikili sensordan ibarətdir. İkili kamera sayəsində sensor işığı daha çox uda bilir və zəif işıqlandırmada keyfiyyətli fotolar çəkir.

Smartfonun "Exynos 8895 SoC" və "Snapdragon 835" prosessoru ilə təchiz olunacağı gözlənilir. Dizayn baxımından "Note 8"in "Galaxy S8"ə çox bənzəyəcəyi deyilir. Fərqlər cüzi olacaq.

"Galaxy Note 8"in rəsmi təqdimatı gələn ay gözlənilir. Satışlara avqustun 25-dən başlanacaq.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla