Valyuta məzənnəsi
Xəbər lentİ

"Qarabağ" coşğu ilə qarşılandı

10:10, 02.08.17
azerbaycan, idman
"Qarabağ" coşğu ilə qarşılandı

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində "Şerif" üzərində səfər qələbəsi qazanan (2:1) "Qarabağ" vətənə qayıdıb.

XEBERPRESS.AZ apasport.az-a istinadən xəbər verir ki, Azərbaycan futbolunda yeni tarix yazan Ağdam təmsilçisinin təyyarəsi saat 05:00-da Heydər Əliyev adına Beynəlxalq Hava Limanına enib.

Pley-off mərhələsinə vəsiqə əldə edən Azərbaycan çempionunu hava limanında azarkeşlər coşğu ilə qarşılayıblar. APA TV-yə açıqlama verən baş məşqçi Qurban Qurbanov çətin oyun keçirdiklərini bildirib: "Komandada bir az gərginlik var idi. Ancaq şükürlər olsun, hər şey istədiyimiz kimi oldu".

Qurbanov pley-off mərhələsi ilə bağlı proqnoz verməkdən yayınıb: "Rəqibin kimliyi ilə bağlı hələ ki, düşünmürük. Düşünəcək bir şey də yoxdu. Gözləyəcəyik, görək hansı komanda ilə qarşılaşacağıq".

Qeyd edək ki, "Qarabağ"ın pley-off mərhələsindəki rəqibi avqustun 2-də bilinəcək.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla